Sumqayıt polisi 1 kiloqramdan artıq heroini dövriyyədən çıxardı
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən 1 kiloqramdan artıq narkotik vasitə olan heroin dövriyyədən çıxarılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün saxlanılan Məcid Şamilovun həmin maddələri Anar Bayramovdan əldə etdiyi məlum olub.
Saxlanılan Anar Bayramov ifadəsində İranda yaşayan, şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin pulunu müxtəlif yollarla Azərbaycandan İrana göndərən Astara rayon sakini Vahid Rəcəbovu da saxlayıb.
Faktla bağlı hər 3 şəxs barəsində cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi