Sumqayıt şəhərində yol qəzası baş verib
Sumqayıt şəhərində yol nəqliyyat hadisəsi baş verib. APA informasiya agentliyinin yerli bürosunun məlumatına görə hadisə şəhərin 20 yanvar və Nəriman Nərimanov küçələrinin kəsişməsində baş verib. Belə ki, Lexus markalı avtomobillə BMV markalı avtomobillər toqquşub və nəticədə BMV markalı avtomobil yol kənarındakı səkiyə dəyərək aşıb. BMV-nin sürücüsü 20 yaşlı Aydın Məmmədov yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib