Sumqayıtda 5 uşaqlı ailə küçədə gecələyir

# 19:13
3 oktyabr 2023

Sumqayıtda bir ailə 2 gündür küçədə qalır. Samir Mehman oğlu Əliyev 5 azyaşlı uşağı və həyat yoldaşı ilə birgə Sumqayıtın 42-ci məhəllə adlanan ərazisində, 11 saylı yataqxananın qarşısında yerləşən köhnə kollec binasının həyətində gecələyiblər. Kirayə haqqını ödəyə bilmədikləri üçün yaşadıqları evdən çıxarılan ailə hazırda evsiz olduğu üçün çarəsiz vəziyyətə düşüb. Vətəndaşın bildirdiyinə görə, daha sonra kollecin direktoru onların burda qalmasına razılıq verməyib. Bu ailəyə kollecin binasında yaşamağa icazə verilməsə də həmin binada yaşayanlar var. Həmin sakinlər onların burda həyətdə yaşamalarından narazılıqlarını bildirirlər. Mövcud vəziyyətlə bağlı, Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Müraciətimizdən sonra ailə H.Z. Tağıyev qəsəbəsində yerləşən yataqxanalardan birinə köçürüldü. Xədicə Səxavət, Əli Əliyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR