Sumqayıtda ağır yol qəzası – PİYADA ÖLDÜ, SÜRÜCÜ YARALANDI
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobilini sürücüsü 1995-ci il təvəllüdlü Kənan İbrahimov idarəetməni itirərək əvvəlcə yolu keçən piyada 2004-cü il təvəllüdlü Nigar Kərimlini vurub.
Daha sonra isə avtomobil yoldan çıxıb və nəticədə yol kənarında olan 11 ağacı qıraraq aşıb.
Hadisə nəticəsində 25 yaşlı sürücü Kənan İbrahimov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 16 yaşlı piyadanın isə həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib