Sumqayıtda gecə iki ağac kəsildi
Sumqayıt şəhərində gecə ilə ağacları kəsiblər.
APA TV-nin məlumatına görə, hadisə ötən gecə saatlarında şəhərin 30-cu məhəlləsində 4/6 saylı binanın yaxınlığında ağaclıq olan ərazidə qeydə alınıb.
Naməlum şəxslər ərazidə olan yaş kök üstə, bioloji inkişafda olan 2 ədəd şam və küknar ağacını kəsərək məhv ediblər.
Faktla bağlı polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən APA TV-yə hadisədən xəbərdar olduqları bildirilib: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Hüquqi qiymət veriləcək”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi