Sumqayıtda market əməkdaşı bıçaqlandı
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonda yerləşən "Al market"də qeydə alınıb.
Belə ki, marketin əməkdaşı, 1995-ci il təvəllüdlü Əliyev Mehman Faiq oğlu mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Bıçaqlanan şəxs cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi