Sumqayıtda maşın yandı – HADİSƏ ANI
Sumqayıtda avtomobil yanıb.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil qəfildən yanmağa başlayıb. Avtomobilin sürücüsü və ətrafdakı insanlar yanğını söndürməyə cəhd etsələr də, istəklərinə nail ola bilməyiblər.
Əraziyə Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər tərəfindən alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi