Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı
Bir neçə gün əvvəl Sumqayıtda qadına təpik vuraraq avtobusdan çıxaran sürücü Aqil Kosayev işinə bərpa edilib.
APA TV xəbər verir ki, “ARB Xəbər”ə açıqlama verən sürücü məsələyə hüquqi qiymət verildiyini deyib və baş verənlər haqda danışıb:
“İşıqforda düşməyi tələb edirdi. Mən də ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdim. Ona görə də, qapını açmaq imkanı olmadı. Bir-birimizi başa düşmədik, hadisə baş verdi. İşimiz elə bir işdir ki, birinci növbədə səbirli olmaq lazımdır. Belə bir şey olmamalıydı. Çalışarıq bir də olmasın", - deyə o bildirib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı