Sumqayıtda sürücülərə qarşı reyd keçirilib
Sumqayıtda sürücülərə qarşı reyd keçirilib.
APA TV xəbər verir ki, reyd zamanı Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasına dəyişikliklər edən, yükdaşıma qaydalarını pozan, sürücülük hüququ olmadan sükan arxasına əyləşən, təhlükəli manevrlər edən, piyadalara yol verməyən sürücülər saxlanılaraq barələrində tədbirlər görülüb.
Sürücülərə İnzibati xətalar məcəlləsinin müvafiq bəndi ilə protokollar tərtib olunub.
Bildirək ki Sumqayıt şəhərində bu kimi reydlər davam etdiriləcək. Hər bir sürücü qoyulan tələb və qaydalara ciddi şəkildə əməl etməsi vacibdir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu