Sumqayıtda toy sahibi və iştirakçılar cərimələndi
Sumqayıt şəhərində 53-cü məhəllədə yerləşən “Aylı gecə” restoranında xüsusi karantin rejiminin pozularaq çoxsaylı qonaqların iştirakı ilə toy keçirilməsi barədə polisə məlumat daxil olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin və 1 saylı polis bölməsinin birgə həyata keçirdiyi tədbirlər zamanı qeyd edilən ünvanda kiçik toy məclisinin keçirildiyi aşkar olunub.
Həmin restoranın icarədarı olan Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Qurban Cabbarov və 19 nəfər toy iştirakçı barəsində protokol tərtib olunub və onların hər biri cərimələniblər.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi