Sumqayıtda türk tayfalarının izləri - QEYRİ-ADİ TAPINTI

# 13:21
21 noyabr 2022

Sumqayıtın Yaşma bağları ərazisində yerləşən ovdanın tarixi və xüsusiyyətləri ilə bağlı geniş arxeoloji tədqiqatlara ehtiyac var.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, ovdan yaşayış məntəqəsindən bir qədər aralıda, düzənlik ərazidə yerləşir.

 

İki hissədən ibarət olan abidənin giriş hissəsi aşkara çıxarılsa da, daxilində araşdırma aparmaq üçün kifayət qədər maraqlı məqamlar var. Ovdan 10 pilləkəndən ibarətdir.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov bildirib ki, ovdan uzun illər istifadə olunub və orta əsrlərə aid olduğu ehtimal edilir.

 

Ovdanın ətrafı bəzi işbaz “qızıl axtaranlar” tərəfindən də qanunsuz qazıntı işlərinə məruz qalıb.

 

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Minayə Feyzullayeva isə deyir ki, ərazidə ovdanın mövcudluğu yaxınlıqda yaşayış məntəqəsinin olmasından, eləcə də vaxtilə karvansaranın mövcudluğundan xəbər verir.

 

Qeyd edək ki, yaxın vaxtlarda arxeoloqların iştirakı ilə ərazidə geniş tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

 

Ramil Zeynallı, Əli Əliyev, APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR