Sumqayıtda usta evində işlədiyi şəxsi öldürüb basdırdı

# 17:43
4 oktyabr 2022

Sentyabrın 14-ü Sumqayıt Şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

 

İstintaqla zərərçəkmişin tanışı 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Daxili İşlər Nazirliyi qətllə bağlı məlumat yayıb.

 

DİN-dən APA-ya verilən məlumatda bildirilib ki, oktyabrın 3-də saat 19 radələrində Nadir Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun Nadir Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Samir Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, 81 yaşlı Nadir Rzayevi öldürməkdə şübhəli bilinən 45 yaşlı Samir Abbasov onun evində usta işləyirmiş. Aralarında düşən mübahisə zamanı tərəflər bir-birini kobud ifadələrlə təhqir edib. Bu zaman S. Abbasov 81 yaşlı kişini küt alətlə vuraraq qətlə yetirib və meyitini həyətdə basdırıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Ramil Zeynallı, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR