Sumqayıtda yarış təşkil edən şəxslər tutuldu
Sumqayıt şəhərində yol hərəkətini davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıblar. DİN-in mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücülər - İsmayıl Musabəyli və Azər Kərimov müəyyən edilərək tutulublar. Hər iki sürücü şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər. Onların bu kobud qayda pozuntuları və digər sürücüləri təhlükə altına qoymaları təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Digər sürücülər, eləcə də şəhər sakinlərindən daxil olan çoxsaylı şikayətlər nəticəsində saxlanılan İsmayıl Musabəyli, həmçinin Azər Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 30 gün inzibati qaydada həbs olunublar.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)