Sumqayıtda yol qəzası baş verib
Sumqayıtda yolda aparılan təmir işləri qəzaya səbəb olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin əsas giriş hissəsində Sülh prospektində qeydə alınıb. Belə ki, yolda aparılan təmir işləri səbəbindən Sumqayıt istiqamətinə gələn "Toyota" markalı avtomobil əks istiqamətdə olan yolla hərəkət etməli olub. Bu zaman qarşıdan gələn "Mercedes" markalı avtomobili ilə toqquşma baş verib. Qəza nətisində ""Mercedes" markalı avtomobilin sərnişini xəsarət alıb. Yaralıya təcili tibbi yardım avtomobilində yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?