Sumqayıtda "ZİL” yol kənarına aşaraq qumu yola dağıdıb

# 02:43
28 aprel 2021

Sumqayıtda qumla dolu olan "ZİL” avtomobili aşıb.

 

APA TV-nin məlumatına görə, hadisə şəhərin ikinci girişində "Saray” körpüsü adlanan ərazidə qeydə alınıb. Belə ki, "ZİL” markalı yük maşını  "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "ZİL” yol kənarına aşaraq qumu yola dağıdıb.

 

Qəza nəticəsində bir müddət avtomobillərin hərəkətində çətinliklər yaranıb və yol bağlanıb.

 

Yol polisinin əməkdaşları hadisə yerinə cəlb edilib və yaranan problem aradan qaldırılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR