Sürgün cəzasına tabe olmayan Lisani Ərdəbilə getdi, "Yaşa Azərbaycan" mahnısı ilə qarşılandı

# 16:43
25 fevral 2023

İran məhkəmələri milli fəal Abbas Lisani ilə bağlı sürgün qərarı verib. Qərara görə, o, 2 il Yəzd şəhərində sürgündə yaşamalıdır. Lakin sosial şəbəkələrin İran seqmentində yayılan məlumatlara və videolara görə o, sürgünə məhkum edilməklə bağlı qərara etiraz edərək yaşadığı Ərdəbil şəhərinə qayıdıb. Yəzd məhkəməsində tanınmış azərbaycanlı fəala hər gün həmin şəhərin kəşfiyyat idarəsinə gedib barmaq izi verməsi şərti qoyulub. Ancaq milli fəal ailəsi ilə söhbətində Yəzd şəhərinə sürgün cəzasına tabe olmayacağını bildirib. Ərdəbildə onu qarşılayan milli fəallar və doğmaları sözləri Bəxtiyar Vahabzadənin, musiqisi Emin Sabitoğluna aid "Yaşa Azərbaycan" mahnısını ifa ediblər.

Qeyd edək ki, ərdəbilli siyasi fəal, şair və yazıçı Abbas Lisani İrandakı soydaşlarımıza qarşı rejimə və zorakılığa etiraz hərəkatının liderlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR