Suriyadan qaytarılan qadın və uşaqların gələcəyi üçün hansı işlər görüləcək? - Arzu Nağıyev
“Təmsil etdiyim Tovuz-Gədəbəy ərazisində vaxtilə İŞİD-in tərkibində Suriya və İraq sərhədində vuruşanlar olub”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Arzu Nağıyev deyib.
Deputat bildirib ki, onların övladları ilə bağlı problemlər var: “Onların ataları həbs olunub, anaları isə başqa adamla nikaha məcbur edilib. 2018-ci ildən bəri ümumilikdə 286 nəfəri azyaşlı olmaqla, 288 nəfər Azərbaycana qaytarılıb. Bunlardan 2 nəfəri isə qadın olub. 2021-ci ildə isə Suriya və İraqdan 81 nəfər Azərbaycana gətirilib. Potensial olaraq gələcəkdə bu uşaqların, bu anaların taleyi ilə işlərin görülməsinə ehtiyac var. Suriyadan qaytarılan qadın və uşaqların gələcəyi üçün hansı işlər görüləcək?”
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?