Sürücü traktorun altında qalaraq öldü
Şəkidə traktoru təmir edən sürücü bədbəxt hadisə nəticəsində ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Qırxbulaq kəndində baş verib. Kənd sakini 67 yaşlı İsa Hüseynov özünə məxsus traktoru işlək vəziyyətdə saxlayaraq texnikada baş verən nasazlığı aradan qaldırmaq üçün təmir işi aparıb. Bu zaman traktor hərəkət etməyə başlayıb. İsa Hüseynov hərəkət edən traktoru saxlamaq istəyən zaman ehtiyatsızlıqdan təkərin altına düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan İsa Hüseynov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq İsa Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu