Sürücülər bu yoldakı problemlərdən zara gəlib

# 12:03
31 yanvar 2022

Bura Sumqayıtın ən uzun küçələrindən olan Çerkassi küçəsidir. Küçə boyunca uzanan avtomobil yolunun bəzi hissələrində sürücülər yol sarıdan əziyyət çəkirlər. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, bu problem əsasən küçənin 11-ci mikrorayon adlanan hissəsinə, 39 nömrəli marşrut avtobusunun hərəkət istiqamətinə düşür.

 

Yolun bu hissəsində yaranan problem yağışlı havalarda vəziyyəti bir qədər də çətinləşdirir.

 

Sürücülər deyirlər ki, yolda yaranan problem avtomobillərin ehtiyat hissələrinin də tez sıradan çıxmasına səbəb olur:

 

- Maşınlar dağılıb gedir. Sərnişinlər də şikayət edir. Özümüz də narahat oluruq. gedib-gəlmək olmur.

 

- Maşın dağılır. Ustadan gəlirəm elə indi. Bir manat qarnımıza yemirik ancaq maşının üstünə qoyuruq. Pis vəziyyətdədir. Çuxurlardır. Keçmək olmur. Vəziyyət bu gündədir də.

 

- Yol çox narahatdır. Gəlirsən tramplinlərdir. Qalxırsan baxırsan ki, yol deyil də. Maşınlar da durur, mane olur. Yoldan da keçmək olmur.

 

Sumqayıt şəhər İcra hakimiyyətindən APA TV-yə bildirdilər ki, şəhər ərazisində müxtəlif istiqamətlərdə olan yolların təmiri prosesi davam etdirilir. Qurumdan onu da dedilər ki, Çerkassi küçəsinin sözügedən hissəsində olan avtomobil yoluna gəldikdə isə həmin ərazidə su xətlərində yeniləmə işləri aparılır və bitdikdən sonra yolun təmiri işləri aparılacaq.

 

Ramil Zeynallı, Əli Əliyev, APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR