Sürücülər narazıdır: “Dəmir parçasına görə vətəndaşa əziyyət verilir”

# 11:05
9 avqust 2023

 

Zaman-zaman avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının itirilməsi və oğurlanması ilə bağlı məlumatlarla rastlaşırıq. Belə hallarda avtomobil sahibi əvvəlcə yol polisinə müraciət etməlidir. Bu zaman vətəndaşlar avtomobilin texniki qeydiyyat şəhadətnaməsinin dəyişməsinə və dövlət qeydiyyat nişanına görə yenidən rüsum, baxış haqqı ödəməli olurlar. Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, qanunvericilikdə itirilən dövlət qeydiyyat nişanının bərpası ilə bağlı dəyişikliyə ehtiyac var. Ekspert həmçinin bildirir ki, dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, maşın nömrəsi itdiyi halda nömrənin dublikatını əldə etmək imkanı olur, amma ölkəmizdə bu məsələ bir az qəlizdir. Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev də itmiş dövlət qeydiyyat nişanının bərpası ilə bağlı APA TV-nin suallarını cavablandırıb. Baş Dövlət Yol Polis İdarəsindən qeydiyyat nişanının bərpası üçün vətəndaşların nə qədər pul ödəməli olduqlarını soruşduqda isə bu barədə məlumat vermək istəmədiklərini bildirdilər. Bəs itmiş dövlət qeydiyyat nişanının bərpası vətəndaşa neçəyə başa gəlir? Hüquqşünas Cəlal Abdullayev bildirir ki, yeni dövlət qeydiyyat nişanı üçün rüsum 30 manat məbləğində müəyyən olunub, lakin istisnalar da ola bilər. Hüquqşünas onu da qeyd edib ki, dövlət qeydiyyatı nişanı olmadan avtomobilin idarə edilməsinə icazə verilmir. İdarə edildiyi halda isə sürücü inzibati məsuliyyətə cəlb olunur. LƏMAN SALEHOVA APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR