Sürücünün yuxulaması ağır qəzaya səbəb oldu
Abşeron rayonunun Höküməli qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Yüksək surətlə hərəkətdə olan “Şkoda” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək əks hərəkət zolağına çıxıb və ”Kamaz” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb, sürücüsü və sərnişini ağır xəsarət alıb. Yaralılar təcili yardım briqadası ilə xəstəxanaya çatdırılıb. Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib. Yol polisinin verdiyi məlumata görə, “Skoda” markalı avtomobilinin sürücüsü sükan arxasında yuxulayıb. Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu