Sürücünün yuxulaması ağır qəzaya səbəb oldu
09:23
29 aprel 2024
Abşeron rayonunun Höküməli qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Yüksək surətlə hərəkətdə olan “Şkoda” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək əks hərəkət zolağına çıxıb və ”Kamaz” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb, sürücüsü və sərnişini ağır xəsarət alıb. Yaralılar təcili yardım briqadası ilə xəstəxanaya çatdırılıb. Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib. Yol polisinin verdiyi məlumata görə, “Skoda” markalı avtomobilinin sürücüsü sükan arxasında yuxulayıb. Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
17:45
16 may 2024
Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?
10:44
15 may 2024
Bəzi taksilərin ömrünə az qalıb: “Vəziyyətdən çıxmaq üçün müxtəlif yollara əl atırlar”
10:10
15 may 2024
Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşən postlarını bağlamağa başlayıblar – APA
15:45
12 may 2024