Şuşa sakinləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıb, dualar edib
30 ildən sonra bu gün doğma şəhərinə səfər edən bir qrup Şuşa sakini Yuxarı Gövhər Ağa məscidində olub.
APA TV-nin əməkdaşı xəbər verir ki, şuşalılar məscidi ziyarət edib, namaz qılıb, dualar oxuyublar.
Onlar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların ruhunu yad edib, qazilərə şəfa diləyiblər.
Qeyd edək ki, səfər Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu