Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
"Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra onların dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək".
APA TV xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, ilk olaraq "ASAN xidmət" mərkəzi Şuşada açılacaq:
“Artıq Şuşadakı layihə təsdiq olunub. Orada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Digər rayonlarımıza gəldikdə hamımız orada erməni vandalizminin şahidi olmuşuq, şəhərlərimizin soyqırımı həyata keçirilib. Həmin ərazilərdə ən birinci minalardan təmizlənmə, infraktrukturun qurulması həyata keçirilir. Təbii ki, zəruri şərait yaradıldıqdan sonra o ərazilərdədə “ASAN xidmət” mərkəzləri də qurulacaq" - o qeyd edib.
Fuad Nazimoğlu
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu