Şuşada bayram namazı qılınacaq
Mayın 13-ü saat 09:00-da Şuşada Ramazan bayramı namazı qılınacaq.
APA TV-nin məlumatına görə, bu barədə Bakı Media Mərkəzi özünün “Facebook” səhifəsində paylaşım edib.
Bildirilib ki, 29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq. Canlı yayımı bir sıra media vasitələri ilə izləmək mümkün olacaq.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib