Şuşadakı ekofəallar ermənilərə yol verir, ancaq…

# 20:00
14 dekabr 2022

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi və ya Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. APA TV-nin əraziyə ezam olunmuş əməkdaşları bildirirlər ki, üç gündür başlayan aksiyalar ilk günki kimi coşğuludur. Qeyd edirlər ki, ekofəallardan başqa könüllülər də aksiyaya qoşulurlar və sayları saatbasaat artmaqdadır.

 

Xankəndidəki qondarma qurum beynəlxalq təşkilatlara müraciət edir ki, bəs, 5 erməni ağır dərəcədə xəstədirlər və təcili İrəvana çatdırılmalıdır, bölgədə elektrik və qaz təchizatında problemlər var. Rəsmi Bakı ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu və Laçın yolunun Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlandığını bildirib.  

Qeyd etmək yerinə düşər ki, aksiya iştirakçıları dinc erməni əhalisinə məxsus mülki və təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırdır. Ancaq neçə gündür ki, ekofəallar bunun üçün öz köməkliklərini təklif etsələr də, əlaqə vasitələrini internetlə yaysalar da, çağırışlarla bağlı müraciət edən olmayıb.

 

 

Siyasi şərhçi Şəbnəm Həsənova bildirib ki, həm İrəvan, həm də beynəlxalq ictimaiyyət Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki ekoloji terrorun qarşısının alınması ilə bağlı Azərbaycanın müraciətlərinə etinasız yanaşır. Bu da Azərbaycan xalqı arasında haqlı etirazlara səbəb olur.

O əlavə edib ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq, Laçın yolu ermənilər tərəfindən hümanitar məqsədlər üçün deyil, silah-sursatların daşınması üçün istifadə edilib.

 

 “Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi, Ağdərə, Xocavənd rayonlarında yaşayan ermənilərin törətdiyi təxribatların sayı artıb. Eyni zamanda, Dəmirli və Qızılbulaq qızıl yataqları ermənilər tərəfindən istismar olunur, talan edilir.”

Bunu isə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. O əlavə edib ki, qondarma rejimin rəhbərliyinin fitnəkarlığı ilə ermənilərin talançı fəaliyyəti Azərbaycan ictimaiyyətinin səbr kasasını daşırıb.

 

Xatırladaq ki, aksiyada müxtəlif dillərdə “Erməni talanlarına son”, “Ekoloji terrora son qoyulsun”, “Azərbaycanın yeraltı sərvətlərinin talan edilməsi dayandırılsın” şüarları yazılmış plakatlar qaldırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR