Tağı Əhmədovun ayaqları tam tutuldu
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub.
Bu barədə onun həyat yoldaşı Salatın Əhmədli bildirib. O qeyd edib ki, Tağı Əhmədov Bakıda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.
“Tağı müəllimin səhhətində problem yaranıb. Onun ayaqları işləmir. Hazırda müalicədədir. Ayaqlarının niyə tutulduğunu bilmirik. Ancaq həkimlər problemin düzələcəyini bildirirlər. Hazırda Tağı Əhmədovun ayaqları tam tutulub, yeriyə bilmir”.
Qeyd edək ki, məlumatı manşet.az yayıb.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib