Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, hazırda araşdırma davam edir.
DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.
Qeyd edək ki, naməlum şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlin əlindəki təsbehi qırıb kənara atmışdı.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU