Tağıyevin heykəlinə zərər vuranlarla bağlı SON QƏRAR: HÖKM OXUNDU
Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədliyə hökm oxunub.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Vüqar Tağızadə 1 il 5 ay 28 gün, Allahverdi Məmmədli isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Səbail rayon Məhkəməsinin spiker hakimi Ülviyyə Şükürova APA-ya faktı təsdiqləyib.
Qeyd edək ki, bu ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılmışdı. Qısa müddətdə heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə bərpa edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir