Tağıyevin uzaqgörənliyi: Polşalı turistlər buna görə gəlir

# 18:38
17 fevral 2022

“Azərbaycanlılar bu qədər zəngin mədəni irsə sahib olduqları ilə fəxr edə bilərlər, biz də bu irsin bir hissəsində payımız olduğuna görə fəxr edirik”.

 

Bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski media nümayəndələrinə bildirib. “Gələcəkdə Azərbaycanla mədəni əlaqələrimizi daha da artırmaqla bağlı geniş planlarımız var” – deyə səfir qeyd edib: “Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30 ilini qeyd edirik. Ancaq iki ölkə arasında münasibətlərin tarixi daha qədimdir. Azərbaycana gətirilmiş polşa mədəni-irsi çox zəngindir. Bu gün biz Bakı şəhərində əsrin əvvəllərində polşalı memarlar tərəfindən inşa edilmiş bəzi sənət əsərlərini nümayiş etdirəcəyik. Bu tikilələr hamısı Azərbaycan xalqına məxsusdur. Bu da hazırda polşalı turistləri Azərbaycana çəkib gətirən amillərdən biridir. Burada onlar Polşa irsi ilə tanış olmaqla yanaşı, həm də o dövrün ab-havasını hiss edə bilirlər. Bu əsərlərdə həm də o dönəmlərdə yaşayan milyarder Zeynalabidin Tağıyevin də əməyi var. Çünki, bu binaların tikintisi üçün məhz o polşalı memarları dəvət edib. Sevinirəm ki, bizim siyasi, iqtisadi, mədəni münasibətlərimiz artır. Belə tədbir iki ölkə arasında keçmişdəki və gələcəkdə qurulacaq münasibətləri daha da gücləndirir”.

 

Sonda səfir Rafal Poborski Azərbaycanla mədəni əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğu bildirib.

 

Fuad Sadıqov,

Ceyhun Mustafayev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR