Taksi aşdı, sərnişinlər yaralandı - HACIQABULDA AĞIR QƏZA
Hacıqabulda taksi kimi fəaliyyət göstərən minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Atbulaq kəndi ərazisində baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sərnişinlər - 1997-ci il təvəllüdlü Simarə Nəsirova və 2001-ci il təvəllüdlü Nəriman Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı