Taksi sürücüsü qadına qarşı əxlaqsızlıq etdi
Bakıda taksi sürücüsü qadına qarşı əxlaqsızlıq edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Şəxsiyyəti hələlik müəyyən edilməmiş taksi sürücüsü onun avtomobilinə minmiş qəsəbədən olan bir qadına (G.Ə.) qarşı seksual xarakterli hərəkətlər edib.
Sürücü ilə dalaşan qadın onun əlindən qaçaraq polisə üz tutub. Qadının şikayət əsasında Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində araşdırmalara başlanılıb.
Hazırda polis qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsünü axtarır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu