Taksi sürücüsünü daşla vuran “müştəri” tutuldu

# 16:00
15 noyabr 2021

Abşeron rayonu Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, paytaxtın Nizami rayonunda bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə müxtəlif dərəcəli bədən xəsarəti yetirib daha sonra onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

 

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Elbrus Məhərrəmli saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR