Talıbovun qızı da işdən çıxarıldı
“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.
Məlumata görə, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.
Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı Baharxanım Talıbova və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir.
DİGƏR XƏBƏRLƏR

Heç bir sənədi olmayan qadın 4 aydır çöldə gecələyir

Burdan karvan yolları keçib, dünya tacirləri qonaqlayıb

Havanın qeyri- sabit keçməsi dəniz kənarı obyektlərə necə təsir edib?
