Tanınmış bəstəkarın dəfnində ailəsi iştirak etməyəcək - Qızı danışdı
Tanınmış bəstəkar Oqtay Rəcəbovun ölümünə koronavirus infeksiyası səbəb olub.
Bu barədə Lent.az-a açıqlamasında sənətçinin qızı Almaz xanım məlumat verib. O bildirib ki, ailə üzvləri də infeksiyaya yoluxub:
"Ailəliklə koronavirusa yoluxduğumuz üçün bu gün dəfndə iştirak edə bilməyəcəyik. Çoxdandır səhhətimiz düzəlmir, sağalmamışıq. Atam da bundan rəhmətə getdi. Onunla vida mərasimi İlahiyyat məscidində olacaq və vəsiyyətinə uyğun olaraq Yasamalda, atasının yanında dəfn olunacaq. Dəfndə kimlərin iştirak edəcəyini bilmirik. Maraqlanan, başsağlığı verən hər kəsə təşəkkürlər".
Mərhumla vida mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət adamlarının iştirak edib-etməyəcəyi barədə hələlik məlumat yoxdur.
Onu da qeyd edək ki, TƏBİB bəstəkarın koronavirus infeksiyasından dünyasının dəyişməsi faktını Lent.az-a təsdiqləyib:
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov dünən axşam 81 yaşında vəfat edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu