Tanınmış qarmon ifaçısı dəhşətli qəzada öldü
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb. Rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi "VAZ" 2107 markalı avtomobil ilə hərəkətdə olan zaman idarə etməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Yadigar Tofiqoğlu hadisə yerində ölüb.
Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, Yadigar Tofiqoğlu Ağcabədi rayonunda tanınmış qarmon ifaçısıdır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu