Tank bölmələrimiz döyüşə hazırlaşır
2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu