Tarix yazan müzəffər Ali Baş Komandan, xoşbəxt lider

# 18:35
14 oktyabr 2023

 

Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 20 il ölkənin strateji hədəflərə nail olması baxımından çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsidir. 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə güclü iqtisadiyyat – güclü dövlət formulunu reallaşdırmağa nail olub. Prezident İlham Əliyevin hakimiyyəti illərində ordu quruculuğu sahəsində böyük və uğurlu addımlar atılıb. Görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların məntiqi nəticəsidir. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib. 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 3 minə yaxın məcburi köçkünün qayıdışı baş tutub. İlin sonuna qədər isə ümumən 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur.

ORXAN ASLAN

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR