Tarixi abidəyə sığınan ailə: Dua edirik ki, yağış yağmasın

# 12:35
6 may 2023

Gördüyünüz bu sınıq-salxaq, damı uçmaq üzrə olan, xarabalığı xatırladan bina Ağdaşdakı “Qarabəy Karvansarası”dır. Yer üzündən silinmək üzrə olan abidəni çəkmək üçün gəlmişdik bura. Amma gördüyümüz mənzərə abidənin dərdini unutdurdu bizə. Təsəvvür edin, xarabalığa çevrilən bu karvansarada uşaqlı-qocalı 17 ailə yaşayır. Təbii ki, buna yaşamaq demək olarsa.

Karvansaraya ev deyə sığınanlardan biri də Rövşanə Həsənovadır. Ona bu şəraitsiz yerdə yaşamaq ikiqat çətindir. Çünki özünü idarə edə bilməyən, əqli geriliyi olan qızı ilə bu xarabalıqda 15 ildir ki, əzab-əziyyət çəkir.

Sakinlər deyirlər ki, 2020-ci ildə onların yaşaması üçün bina tikilib. Amma binanın tikintisi 2021-ci ildə bitməli olsa da, yarımçıq qalıb.

Bax belə... Bir tərəfdən 1900-cü ilin tarixi izini özündə daşıyan  abidəmiz yer üzündən silinmək, tariximiz məhv olmaq üzrədir, digər tərəfdən də ora sığınan 17 ailənin acınacaqlı vəziyyəti  onlara ev tikilənə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR