Tarixi binanın damında mansard tikən SAHİBKAR DANIŞDI
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə,
binanın dam örtüyündə mansard həmin binanın sahibkarı tərəfindən inşa olunub.
İcra Hakimiyyətinin strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Tarixi binanın üzərində hər hansı tikinti işlərinin aparılmasının yolverilməz olduğu sahibkarın diqqətinə çatdırılıb. Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfat Birliyinin nümayəndələri qanunsuz mansardın sökülməsini təmin ediblər. Ərazi nəzarətə götürülüb. Sahibkara ciddi xəbərdarlıq edilib.
Sahibkar Əli İsmayılovun sözlərinə görə, binanın dam örtüyü çürüdüyü üçün müvafiq orqanlara müraciət edərək icazə alıb və onu təmir edirmiş.
Qeyd edək ki, söküntü işləri Dövlət Şəhərsalma və Arxitektura müraciəti əsasında aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu