Tarixi şəxsiyyətlərin qonaq olduğu, bəstəkarların dünyaya göz açdığı dəmir yolu vağzalı

# 19:00
7 iyun 2022

Hacıqabul dəmir yolu vağzalı 1883-ci ildə Bakı-Tiflis-Batumi xəttinin üzərində tikilib. Dünyada ilk dəfə olaraq Bakı nefti bu yolla Qara dənizin limanlarına daşınmaqla dünya bazarına çıxarılıb.

 

XIX əsrdə inşa edilən Hacıqabul dəmiryolu vağzalı unikal memarlıq abidəsidir. Vağzalın memarlıq elementləri şərq və qərbin sintezini özündə ehtiva etməklə Mavritaniya memarlıq üslubunda tikilib.

 

Unikal memarlıq abidəsi olan 3 mərtəbəli dəmiryol vağzalı ərazisində yardımçı tikililər də inşa edilib. Bunlara yaşayış binaları, dəmir yoluna aid inzibati binalar, dəmir yol məktəbi, Nobelin neft ötürmə məntəqəsi, çörək kombinatı, su qüllələri və sair binaları misal çəkmək olar.   

 

Tariximizin bir çox önəmli hadisələrinə şahidlik edən Hacıqabul dəmir yolu qovşağı hətta bolşevik Rusiyasının liderləri olan Stalin və Xruşşovun da yolüstü dayanacağı olub. Bu vağzalla hər kəsin bəzən şişirdilmiş bəzən isə həqiqətləri özündə əks etdirən xatirələri var. 

 

Vağzal respublika əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb. Əlbəttə unikal görkəmi ilə seçilən dəmir yolu vağzalının yenidən bərpa edilməsinə ehtiyac duyulur. Tarixin yaddaşı olan bu tarix-memarlıq abidəsi həm də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin üzərində yerləşməklə böyük əhəmiyyət kəsb edir.

 

 

Əlibəy Zeynallı

Elçin Həsənov 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR