TƏBİB açıqladı: Bu günə qədər həyata keçirilməyən bir sıra əməliyyatlar icra olunacaq

# 16:15
21 sentyabr 2022

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvininq layihəsinin rəsmi açılış mərasimi keçirilib.

 

2 il ərzində həyata keçiriləcək layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondu arasında əməkdaşlıq çərçivəsində icra olunacaq.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın ölkədə tətbiqini səhiyyə sahəsində aparılan uğurlu islahatlardan biri adlandırıb və tvininq layihəsinin reallaşmasına görə Avropa İttifaqına təşəkkürünü bildirib:

 

Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov insanların sağlamlığının qorunmasının Avropa İttifaqı üçün prioritet məsələlərdən olduğunu bildirib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov isə bildirib ki, hazırda Azərbaycandakı xəstəxanaların 90 faizi özünü maliyyələşdirməkdə çətinlik çəkir.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov isə qeyd edib ki, Yeni klinikada bir aydan sonra bütün vətəndaşlara tibb xidmətlər göstəriləcək.

 

 

 AYTƏN SAKİTQIZI

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR