"Təbrizin sehirli nağılları"nın müəllifi vəfat edib
Azərbaycan elminə ağır itki üz verib. Ömrünü Təbrizin miniatür sənətinin tədqiqinə həsr etmiş sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə vəfat edib. Bu barədə APA-ya mərhunun yaxınları məlumat verib. Cəmilə xanım Təbrizin miniatür boyakarlığı, miniatür məktəbinə aid onlarla kitab, yüzlərlə elmi əsər, məqalə yazıb. O, Azərbaycan, rus, fransız, ingilis dillərini mükəmməl bildiyi üçün ən müxtəlif mənbələrdən yararlanıb, araşdırmalarını danılmaz faktlarla əsaslandırıb. Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu