Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası niyə ləğv olundu?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunduğunu elan edib. TƏBİB-dən APA TV-yə bildirildi ki, qurumun ləğvi daha işin daha da təkmilləşdirilməsinə hesablanıb. Qeyd edildi ki, yeni mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır. AYNUR QARA APA TV
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”