“Təhlükəsizlik işçiləri gətirib onu başı aşağı ora salanda qisas alındı”

# 19:18
11 oktyabr 2023

3 il əvvəl, 2020-ci ilin 11-i oktyabrında Ermənistan ordusu Gəncədə neçə-neçə həyata son qoyub. Gecə saat ikidə məğlubiyyətinin hirsini evində yatan dinc sakinlərdən almağa çalışan Ermənistan ordusu Qələbə parkı adlan ərazidə yaşayış evlərinə ballistik raket atıb. Dəhşətli gecədə 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmin gecə zərər çəkən, evini-eşiyini, yaxınlarını itirənlər içərisində üz-gözü qan içində gülümsəyən Bəxtiyar Heydərli də var idi. Tibb bacı Dürrə Cəfərova da həmin gecə həlak olub. O gecə Dürrə xanım cəbhədə olan oğluna və onun əsgər yoldaşlarına dolma büküb hazırlamışdı. Amma raket zərbəsi onun bükdüyü dolmanı oğluna göndərməsinə imkan vermədi. 11 oktyabr gecəsi evləri dağılan sakinlər, həmin gecə çox dəhşətli bir gecə olduğunu deyirlər. O dəhşətli gecədə bir ailə yer üzündən silindi, iki ailənin üç övladı hər iki valideynlərini itirdi. 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 40 nəfər yaralandı. Bütün bunlar müharibənin gedişində humanitar atəşkəsin imzalanmasından cəmi bir gün sonra baş verdi. Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində 26 mülki şəxs şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya atəşinə məruz qalıb.

Fuad Nazimoğlu,

Mehdi Rəşid, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR