Təhsil Nazirliyi: 8 və 16 may dərs günü olacaq

# 13:09
4 may 2021

Mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) dərs günü olacaq.

 

APA TV xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, may ayının 8-i və 16-sı müəllimlər üçün iş günü, şagirdlər üçün dərs günüdür.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

 

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR