Tək yaşayan 62 yaşlı qadın boğularaq öldürüldü

# 11:00
17 may 2021

Ağstafada 62 yaşlı qadının meyiti yaşadığı evdən tapılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Köçəsgər kəndində evində meyiti tapılan Çiçək Ələkbərovanın boğularaq öldürüldüyü bəlli olub. Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə verilib. Qadın öldürüldükdən sonra ona qarşı soyğunçuluq da edildiyi məlum olub.

 

Hadisənin başvermə səbəbləri, cinayətin kim və ya kimlər tərəfindən törədildiyinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

 

30 ildən çoxdur ki, tək yaşayan Çiçək Ələkbərovanın meyiti qonşular tərəfindən aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR