Tələbə olmaq istəyənlərin diqqətinə: 11 min yer artırılacaq

# 15:02
1 avqust 2022

Peşə Təhsil Müəssisələrinə tələbə qəbulu prosesi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Konfransda cari tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu qaydaları və şərtləri, mövcud ixtisaslar və yeniliklərdən bəhs edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib ki, 2026-cı ilin sonuna qədər peşə təhsilinə cəlb olunanların sayı 11 minə qədər artacaq. Bu, 50 faiz artım deməkdir.

 

O bildirib ki, Sumqayıtda sənaye və İT yönündə peşə təhsili müəssisəsinin yaradılması istiqamətində də iş aparılır. Növbəti il Lənkəranda yeni peşə təhsili müəssisəsinin açılması planlaşdırılır. Ümumilikdə isə 2026-cı ilə qədər 8 yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulub. Həmçinin, bu il peşə təhsili üzrə 5 yeni ixtisas əlavə edilib. Onlardan 2-si yüksək-texniki, 3-ü isə texniki peşə ixtisasıdır.

 

Direktor onu da qeyd edib ki, cari ildən axşam qruplarına qəbula da start verilib.

 

O həmçinin dual təhsil proqramının əhəmiyyətindən də bəhs edib.

 

Ceyhun Kərimov bildirib ki, 22 rayonda direktor, 29 rayonda isə direktor müavinlərinin işə qəbulu üzrə elan verilib.

 

Qeyd edək ki, bu gündən peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Peşə təhsili almaq istəyən şəxslər 1-12 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

 

Aysel Əliyeva,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR