Tələbələrin yaşadığı evə basqın edildi

# 15:55
1 fevral 2022

Gəncədə tələbələrin yaşadığı evə basqın edilib.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsi 248 ünvanında baş verib. Naməlum şəxs Sadiq Cəfərli, Rüstəm Eyvazov və Kamran Cəfərovun kirayədə yaşadığı mənzilə daxil olaraq bıçaqla tələbələri hədələyib. Nəticədə mənzilin 4 000 manatlıq əmlakını götürərək oradan uzaqlaşıb. Qeyd edək ki, zərər çəkənlər Azərbaycan Texnologiya Universitetinin tələbələridir.

 

İnsidentlə bağlı polisdə də məlumat  verilib.

 

Faktla bağlı o da bildirildi ki aparılan istintaq tədbirlərindən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR