Temperatur 8 dərəcəyədək endi, bəzi rayonlara qar yağdı

# 10:45
22 dekabr 2021

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Qarın hündürlüyü Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda 13, Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetrə çatıb. Quba rayon mərkəzində isə 5 santimetr qar var.

 

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 8 dərəcəyədək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR